No:085/18, Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Polokilaşvilini qəbul edib
Z.Polokilaşvili ölkəmizdə turizmin inkişafı üçün əlverişli imkanların və infrastrukturun olduğunu bildirərək son dövrlər ölkəmizi ziyarət edən turistlərin sayında artımın bunun bariz nümunəsi olduğunu xüsusilə qeyd etdi.
Söhbət zamanı regionda turizm marşrutlarının inkişaf etdirilməsi məsələsinə toxunuldu və Baku-Tbilisi-Qars dəmir-yol xəttinin turizm axınına müsbət təsir göstərəcəyinə əminlik ifadə olundu.
Nazir Elmar Məmmədyarov işğal olunmuş ərazilərin turizm məqsədilə təbliğatının aparılmasının ÜTT-nin müvafiq sənədlərində yolverilməz olduğunun əks edildiyini bildirərək Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində turist səfərlərinin təşkil edilməsi və həyata keçirilməsinin ÜTT-nin təməl prinsipləri ilə uzlaşmadığını xüsusilə vurğuladı və bu kimi halların qarşısının alınması üçün səylərin artırılmasını dedi.
Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdilər.