news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 aprel 2018

No:085/18, Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Polokilaşvilini qəbul edib

XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi ilə əlaqədar ölkəmizə səfər etdiyini bildirən ÜTT baş katibi Azərbaycanda olmasından məmnunluğunu bildirdi.

Z.Polokilaşvili ölkəmizdə turizmin inkişafı üçün əlverişli imkanların və infrastrukturun olduğunu bildirərək son dövrlər ölkəmizi ziyarət edən turistlərin sayında artımın bunun bariz nümunəsi olduğunu xüsusilə qeyd etdi.

Söhbət zamanı regionda turizm marşrutlarının inkişaf etdirilməsi məsələsinə toxunuldu və Baku-Tbilisi-Qars dəmir-yol xəttinin turizm axınına müsbət təsir göstərəcəyinə əminlik ifadə olundu. 

Nazir Elmar Məmmədyarov işğal olunmuş ərazilərin turizm məqsədilə təbliğatının aparılmasının ÜTT-nin müvafiq sənədlərində yolverilməz olduğunun əks edildiyini bildirərək Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində turist səfərlərinin təşkil edilməsi və həyata keçirilməsinin ÜTT-nin təməl prinsipləri ilə uzlaşmadığını xüsusilə vurğuladı və bu kimi halların qarşısının alınması üçün səylərin artırılmasını dedi. 

Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdilər.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti