news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 aprel 2020

No:081/2‬0, AR XİN Mətbuat xidməti idarəsinin Azərbaycan və Xorvatiya Xarici işlər nazirləri arasında telefon söhbətinə dair məlumatı

Cari ilin 24 aprel tarixində Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun qarşı tərəfin təşəbbüsü əsasında Xorvatiya Xarici işlər naziri Qordan Qrliç Radman ilə telefon söhbəti baş tutub.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin perspektivlərini müzakirə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla ikitərəfli siyasi əlaqələrdən məmnunluq ifadə ediblər. Eyni zamanda, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri, Şərq Tərəfdaşlığında iştirak, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Hazırki qlobal vəziyyətə toxunan Nazirlər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Sonda nazir Elmar Məmmədyarov Xorvatiyalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət etdi və nazir Qordan Qrliç Radman dəvəti məmnunluqla qəbul etdi. Səfərin vaxtı ümumdünya sağlamlıq böhranı bitdikdən sonra diplomatik kanallar vasitəsilə müəyyən olunacaq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti