No:077/24, Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə işgüzar səfərinə dair mətbuat məlumatı
29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.