news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 aprel 2018

No:075/18, Hindistan xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Hindistan xarici işlər naziri xanım Suşma Svarac 4 aprel tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində nazir Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının Nazirlər Konfrasında iştirakı nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcəkdir.

Mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 4 aprel tarixində saat 16:20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti