news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 mart 2018

No:070/18, Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Xarici Işlər Naziri Elmar Məmmədyarov ABŞ-In Azərbaycan Respublikasındakı Səfiri Robert Sekutanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etdi.

Səfir Robert Sekuta fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirdi.

Nazir Elmar Məmmədyarov iki ölkı arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Robert Sekutaya təşəkkür etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti