news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 mart 2019

No:064/19, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin Moskvada keçirilmiş Rusiya-Ermənistan

KİV-in yaydığı məlumata əsasən, cari ilin 5-6 mart tarixlərində Moskvada Rusiya-Ermənistan "Lazarev klubu"nun ikinci iclası keçirilib. Orada tədbir iştirakçılarına Rusiya Federasiyası Prezidentinin salamlama müraciətini çatdıran RF Prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin timsalında   RF-nin icra və qanunverici hakimiyyətinin rəsmi nümayəndələri iştirak ediblər.

Xatırlatmaq istərdik ki, adı yuxarıda çəkilən klubun ilk iclasına Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, eləcə də həmin ilk iclas çərçivəsində səsləndirilmiş Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Azərbaycan Respublikasının XİN-i Rusiya Federasiyasının XİN-ə öz narazılığı və hiddətini bildirdi.

"Lazarev klubu"nun ikinci iclası ərəfəsində KİV müxbirinin indiki iclasa da Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin liderlərinin dəvət edilməsinə dair RF XİN-in mövqeyi barədə sualına Rusiya XİN-in rəsmi sözçüsü tərəfindən qeyd edildi ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir, RF dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur. Eyni zamanda, onun tərəfindən deyildi ki, RF ATƏT-in Minsk Qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir.

Bununla bağlı Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, cari ilin 5 mart tarixindəki sözügedən iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksək vəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatın mövcud olduğu bir halda, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Qeyd etdiyimiz mandatda aydın şəkildə göstərilir ki, "həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, 24 mart 1992-ci il tarixli Nazirlər Şurasının qərarı daxil olmaqla, ATƏT forumlarının qərarları və o cümlədən, Budapeşt sammitinin qərarı, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqlar ".

Növbəti dəfə Rusiya tərəfini ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən 1997-ci ildə bağlanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə müddəalarının əməl olunmasını təmin etməyə çağırırıq. Məlum olduğu kimi, həmin müqavilədə xüsusilə təsbit edildi ki, "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır".


***

Комментарий Пресс-службы Министерства иностранных дел Азербайджанской Республики в связи с прошедшим в Москве вторым заседанием российско-армянского «Лазаревского клуба»

Согласно распространённой в СМИ информации, 5-6 марта текущего года в Москве состоялось второе заседание российско-армянского «Лазаревского клуба». В нём приняли участие официальные представители исполнительной и законодательной властей Российской Федерации в лице советника Президента РФ С.Глазьева, который передал участникам заседания приветствие Президента России В.Путина, а также первого заместителя председателя Комитета Государственной Думы Российской Федерации по делам СНГ, евразийской интеграции и связям с соотечественниками К.Затулина.

Хотели бы напомнить, что в связи с приглашением на первое заседание вышеупомянутого клуба представителей сепаратистского режима, созданного на оккупированных Республикой Армения территориях Азербайджанской Республики, равно как и прозвучавшими в рамках первого заседания высказываниями, открыто ущемляющими суверенитет и территориальную целостность Азербайджана, МИД Азербайджанской Республики выразил своё недовольство и возмущение МИД РФ.

В преддверии второго заседания «Лазаревского клуба» на вопрос корреспондента СМИ о позиции МИД РФ по поводу приглашения на данное заседание лидеров сепаратистского режима с оккупированных территорий Азербайджанской Республики официальным представителем МИД РФ было отмечено, что речь идёт о мероприятии гражданского общества и неправительственных организаций, и нет информации об участии в его рамках представителей государственных органов РФ. В то же время, было озвучено, что, будучи сопредседателем Минской группы ОБСЕ, РФ выполняет все взятые на себя обязательства.  

В этой  связи, доводим до сведения российской стороны, что наличие конкретных данных по участию высокопоставленных официальных лиц государственных органов РФ на вышеуказанном заседании 5 марта с.г., где они присутствовали наряду с представителями незаконного режима, созданного на оккупированных территориях Азербайджана, грубейшим образом противоречит обязательствам страны-сопредседателя МГ ОБСЕ, которые определены мандатом сопредседателей Минской группы ОБСЕ, чётко указывающим, что "сопредседатели в своей деятельности будут руководствоваться принципами и нормами ОБСЕ, Уставом ООН, решениями форумов ОБСЕ, включая решение Совета Министров от 24 марта 1992 г., и в частности решением Будапештского саммита, также как и соответствующими резолюциями Совета Безопасности ООН".

В очередной раз призываем российскую сторону обеспечить взятые на себя обязательства в рамках двухсторонних отношений, в частности соблюдение положений Договора о дружбе, сотрудничестве и взаимной безопасности между Азербайджанской Республикой и Российской Федерацией от 1997 г., где особо оговорено, что "Стороны обязуются не поддерживать сепаратистские движения, а также запрещают и пресекают деятельность отдельных лиц, направленные против государственного суверенитета, независимости и территориальной целостности другой Стороны".

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti