news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 mart 2020

No:056/20, Nazir Elmar Məmmədyarov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Şerzod Fayziyevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Səfir Şerzod Fayziyev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi apardılar.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd etdi.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıldı.

Elmar Məmmədyarov səfir Şerzod Fayziyevin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti