No:056/18, Xarici işlər naziri Elmar Məmmədyarov və Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasir Bureytanın birgə mətbuat konfransı
Xanımlar və cənablar, hörmətli media mənsubları!
Bildiyiniz kimi, Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasir Bureyta Azərbaycanda rəsmi səfərdədir. Bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Mərakeş xarici işlər nazirini qəbul edib. 1991-ci ilin 30 dekabrda Mərakeş Krallığı Azərbaycanın müstəqilliyini tanımışdır. 1992-ci ilin 25 avqust tarixində Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr yaradılmışdır. Biz indi ikitərəfli münasibətləri həm təkbətək, həm də geniş tərkibdə müzakirə etdik.
Ümumiyyətlə, Azərbaycanla Mərakeş arasında münasibətlərinin əsası vaxtılə Ümummilli Liderimiz Heydər Əliyev və Mərakeş Kralı II Həsən ilə Kasa Blankada görüş zamanıqoyulub və Azərbaycan və Mərakeş beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstəkləyir.
Hökumətlərarası komissiyanın iclası zamanı sənaye və ticarət palataları, ikiqat vergi tutmanın aradan qaldırılması, dənizçilik, dəmir yolu, cinayətkarlığa qarşı mübarizə kimi sahələri əhatə edən 4 ikitərəfli sazişlər imzalandı.
Görüş zamanı iki ölkə arasında arasında enerji, nəqliyyat, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlıq kimi məsələləri də müzakirə etdik. Bununla yanaşı, ölkələrimiz biznes dairələri arasında birbaşa əlaqələrin yaradılması, biznes forumların keçirilməsi məsələlərinə dair razılığa gəldik. Bu ilin sonu və ya gələn ilin əvvəlində konkret layihələrlə bağlı ikinci görüşün keçirilməsi haqda danışıldı.
Siyasi baxımdan mən cənab nazirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verdim. ATƏT-ın Minsk Qrupunun həmsədrlərinin səfərindən sonra biz razılığa gəlmişik ki, hər iki ölkədə prezident seçkilərindən ardınca hökümət formalaşandan sonra daha intensiv şəkildə müzakirələri davam etdirilsin. Danışıqların intensivləşdirilməsi, nə zaman, harda və hansı səviyyədə keçirilməsi barədə təmaslar davam etdirilir.
Sual-cavab sessiyası:
Sual: Türbət Bağırova, CBS kanalı: Bildiyiniz kimi, hazırki dövrdə islamafobiya meylləri ən çox narahatedici tendensiyadır. Azərbaycan və Mərakeşin artmaqda olan islamafobiyaya qarşı mübarizə aparmaq üçün nə kimi töhfələr verirlər və bundan əlavə İslam əməkdaşlığı çərçivəsində daha hansı addımlar atıla bilər?
Elmar Məmmədyarov: İlk növbədə onu qeyd edim ki, BMT-yə üzv qəbul olunan zaman bütün dövlətlər BMT Nizamnaməsi əsasında Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə öhdəlik götürüblər.
Biz artan İslamafobiya meyllərinə münasibətdə narahatlığımızı ifadə etdik. Islamafobiya bu gün süni olaraq qlobal siyasətə daxil edilir. Həmkarımla İslam Əməkdaşlıq Təşkilatının iş mexanizmi barədə ətraflı müzakirələr apardıq. Lakin, bu təşkilata üzv dövlətlər kimi biz bir daha təşkilatın fəaliyyətinə nəzər edərək İslamafobiya və digər bu kimi neqativ fenomenlərə qarşı mübarizə aparmaq üçün təşkilat daxilində bütün üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsinə çalışmalıyıq.
Diqqətiniz üçün təşəkkür edirəm.
Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.