No:055/19, AR XİN-in mətbuat katibinin Ermənistan Baş nazirinin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhi (Az/Ru)
Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistan Baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?
Ermənistan Baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir.
Bölgənin “yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir.
Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaqdır. Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim.
***
Комментарий пресс-секретаря МИД АР по поводу мыслей, озвученных премьер-министром Армении во время выступления в Комитете по внешним связям Европейского парламента
Хотела бы задать такой вопрос премьер-министру Армении, который во время выступления в Европарламенте претенциозно утверждал, что будущее Нагорного Карабаха должно определяться проживающими там людьми, и что он не представляет Нагорный Карабах. Если это так, тогда что делают те молодые люди, которые являются гражданами Армении, на землях другой страны, то есть на оккупированных территориях Азербайджанской Республики? Почему эти молодые люди должны здесь гибнуть?
Подобные беспочвенные заявления премьер-министра Армении есть ничто иное, как попытка обмана не только международного сообщества, но армян, проживающих в Армении, Нагорно-Карабахском регионе Азербайджана и мире в целом.
Если официальный представитель Армении искренне говорит о том, что «наш регион нуждается в новых формах диалога, мирного сосуществования и экономического сотрудничества», то он должен осознавать, что единственный способ добиться сказанного состоит в выводе вооружённых сил Армении с оккупированных территорий Азербайджана и возвращении азербайджанских вынужденных переселенцев на эти территории.
Руководству Армении следует понять, что без нормализации отношений с Азербайджаном Армения никогда не будет полностью независимой. Армянское руководство, которое объявляет себя избранным демократическим путём, должно, по крайней мере, быть честным перед самим собой и собственным народом и ответить на вопрос, что получили армяне и армянский народ от оккупации азербайджанских территорий и этнических чисток населения. Я не озвучу этот очень простой ответ, а хотела бы услышать его от руководства Армении.