news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 mart 2019

No:051/19, Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşdü.

Forumun fəaliyyəti haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırdı.

Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, Forumun Avrasiya Regional Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğuladı. Azərbaycanın Gənclər və İdman Nazirlər Şurasına sədrliyi çərçivəsində İslam ölkələri arasında gənclər və idman fəaliyyəti ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədini daşıyan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarları şəbəkəsinə ev sahibliyi edəcəyi bildirildi.

Xarici işlər naziri İslam Konfransı Təşkilatının Gənclər Forumunun üzvləri tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi ilə bağlı nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndirdi. Daha sonra, nazir Elmar Məmmədyarov Forumun prezidenti Taha Ayhanı Azərbaycana dəvət etdi.

Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi  yollarını müzakirə etdilər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti