news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 mart 2019

No:049/19, Azərbaycan Respublikasının xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İraq xarici işlər nazirinin müavini ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-ci sessiyasında iştirakı çərçivəsində İraq  Respublikasının xarici işlər nazirinin müavini Hazim Al-Yusifi ilə görüşdü.

İraq Respublikasının xarici işlər naziri Mohamed Ali Alhakimin səmimi salamlarını çatdıran Hazim Al-Yusifi Azərbaycan ilə İraq arasında olan münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq hissi keçirtdiyini vurğuladı.  İraqlı nazir müavini Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin olunduğunu, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. Daha sonra Hazim Al-Yusifi tərəflər arasında səfərlər mübadiləsinin vacibliyini qeyd edərək, Nazir Elmar Məmmədyarovu İraq Respublikasına səfərə dəvət etdi.

İki ölkə xalqlar arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu bildirən Nazir Elmar Məmmədyarov bir sıra sahələrdə, xüsusilə turizm və təhsil sahələrində əməkdaşlığın inkişafında nailiyyətlərin əldə olunduğunu  xüsusilə qeyd etdi.

Görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlıq perspektivləri, habelə regional məsələlər müzakirə olundu.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti