news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2018

No:046/18, Rusiya Federasiyası vətəndaşı, bloqer Svetlana Sarıçevanın adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair (AZ/RU)

Rusiya Federasiyası vətəndaşı, bloqer Svetlana Sarıçeva Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda Svetlana Sarıçeva 2012-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Svetlana Sarıçeva Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Sarıçeva Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

S.Sarıçeva gələcəkdə Azərbaycan təbiətinin gözəlliyindən zövq almaq məqsədilə ailəsilə birlikdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Об исключении гражданки Российской Федерации, тревел-блогера Сарычевой Светланы Сергеевны из «Списка лиц, незаконно посетивших оккупированные территории Азербайджанской Республики»

Гражданка Российской Федерации, тревел-блогер Светлана Сергеевна Сарычева направила письмо в Министерство Иностранных Дел с просьбой исключить ее имя из «Списка лиц, незаконно посетивших оккупированные территории Азербайджанской Республики».

В своем письме Светлана Сарычева отмечает, что в 2012 году она отправилась в Нагорный Карабах, не зная о запрете на выезд в эту область без согласия правительства Азербайджана, а также о вытекающих последствиях этого шага. Она подчеркнула, что этот визит не означал проявление неуважения к Азербайджанской Республике и ее народу.

Подтверждая свое полное уважение к законам Азербайджанской Республики, Светлана Сарычева извинилась перед правительством и народом Азербайджана за свой визит на оккупированные территории Азербайджана.

Выражая сожаление по поводу своего визита, С.Сарычева призналась, что ни в коем случае не предполагала содействовать так называемому режиму на оккупированных территориях Азербайджана.

Она также отметила, что в будущем не будет посещать оккупированные азербайджанские территории без получения соответствующего согласия со стороны правительства Азербайджана.

Светлана Сарычева попросила разрешение посетить нашу страну со своей семьей, чтобы насладиться красотой азербайджанской природы.

После изучения ее обращения, было принято решение исключить ее имя из списка лиц нежелательных для посещения страны.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti