No:045/26, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri arasında Cenevrədə ikitərəfli görüş barədə mətbuat məlumatı
24 fevral 2026 17:00
24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.
Görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.
Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.