news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 fevral 2018

No:037/18, Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş dəyirmi masada iştirak edib

Dəyirmi masada enerji təhlükəsizliyi sahəsində aktual məsələlər üzrə müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan bəhs edərək Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətindən söz açıb. O, TANAP layihəsinin bu il fəaliyyətə başlayacağı, TAP layihəsi üzrə işlərin isə qrafika uyğun olaraq uğurla davam etdiyini qeyd edib. Habelə, nazir E.Məmmədyarov Bakıda 15 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilmiş IV nazirlər iclası və orada alınmış qərarlar barədə tədbir iştirakçılarına məlumat verib.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti