No:034/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşünə dair məlumatı
3 Fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Gorüş zamanı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. İki ölkə arasında mövcud siyasi dialoq yüksək qiymətləndirildi və strateji tərəfdaşlıq ruhunda inkişaf edən əlaqələrimizin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.
Nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, təhsil, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndirdilər.
Nazir Ceyhun Bayramov iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlərin iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza təşkil etdiyini qeyd etdi. Bu xüsusda, iqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu vurğulandı.
Öz növbəsində, Peter Siyatro ölkəsinin Azərbaycan ilə Macarıstan arasında movcud əlaqələrin bir çox sahələrdə genişləndirmək əzmində olduğunu ifadə etdi. O, Macarıstanın dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını vurğuladı. Nazir Macarıstanın, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması prosesində iştirakda maraqlı olduğunu bildirdi.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, 44 günlük müharibə nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, münaqişədən sonrakı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə sürətlə davam edən infrastruktur layihələri barədə məlumat verdi. Bu xüsusda, Macarıstan şirkətlərinin azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesində iştirak marağının yüksək qiymətləndirildiyi ifadə olundu.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edildi.
Görüşdən sonra Nazirlər tərəfindən "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Seçeni adına Macarıstan Milli Kitabxanasl arasında əməkdaşlıq haqqında Anlaşma Memorandomu" imzalandı.