No:034/18, Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Yevgeni Novikovun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair (AZ/RU)
Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Yevgeni Novikov, Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Məktubunda Yevgeni Novikov 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
Yevgeni Novikov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
O, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20.000-dən artıq insanın həlak olduğunu qeyd edib.
Yevgeni Novikov həmçinin, “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.
Yevgeni Novikovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
---
Об исключении гражданина Российской Федерации Новикова Евгения Андреевича, участника проекта «Музыка за мир» из «Списка лиц, незаконно посетивших оккупированные территории Азербайджанской Республики»
Гражданин Российской Федерации, участник проекта «Музыка за мир» Евгений Новиков направил письмо в Министерство Иностранных Дел с просьбой исключить его имя из «Списка лиц, незаконно посетивших оккупированные территории Азербайджанской Республики»
В своем письме Евгений Новиков отмечает, что в 2015 году он отправился в Нагорный Карабах в рамках проекта «Музыка за мир», не зная о запрете на выезд в эту область без согласия правительства Азербайджана, а также о вытекающих последствиях этого шага. Он подчеркнул, что этот визит не означал проявление неуважения к Азербайджанской Республике и ее народу.
Подтверждая свое полное уважение к законам Азербайджанской Республики, Евгений Новиков извинился перед правительством и народом Азербайджана за свой визит на оккупированные территории Азербайджана.
Ему стало также известно, что в результате нагорно-карабахского конфликта более одного миллиона азербайджанцев стали беженцами и вынужденно переселенными лицами, и более двадцати тысяч человек погибли.
Евгений Новиков выразил намерение посетить Баку, и в особенности село Джоджуг Мерджанлы в рамках проекта «Музыка за мир», чтобы организовывать мастер-классы и выступать с благотворительными концертными программами для азербайджанских беженцев и вынужденных переселенцев.
Обращение Евгения Новикова было надлежащим образом рассмотрено и было принято решение исключить его имя из черного списка МИД Азербайджана.