No:032/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan Respublikası və Bəhreyn Krallığı Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələrə dair məlumatı

2 fevral 2022-ci il tarixində Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Azərbaycan Respublikası və Bəhreyn Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin ikinci raundu keçirilib. 

 

Məsləhətləşmələrdə Bəhreyn tərəfini xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Al Xəlifə, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

 

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti