No:030/20, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi ilə görüşüb
Görüşdə Azərbaycanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov Rafael Mariano Qrossini AEBA-nın Baş direktoru vəzifəsinə təyinatı münasibətilə təbrik edərək onu Azərbaycana səfərə dəvət etdi.
Rafael Mariano Qrossi Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqlələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi.
Nazir Elmar Məmmədyarov Texniki Əməkdaşlıq Proqramı çərçivəsində əməkdaşlıqda maraqlı olduğumuzu ifadə etdi. AEBA ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədlə Agentlikdə ölkəmizin nümayəndələrinin təmsil olunmasında maraqlı olduğumuz Baş direktorun diqqətinə çatdırıldı.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında sədrliyi dövründə AEBA ilə QH arasında potensial əməkdaşlıq məsələləri üzrə mövcud perspektivlər müzakirə edildi.