No:029/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı ilə bağlı məlumatı
31 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun telefon danışığı baş tutub.
Telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq münasibətləri üzrə müzakirələr aparıblar.
Tərəflər, eyni zamanda regiondakı cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.