No:029/20, Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya səfəri çərçivəsində Norveçin Xarici İşlər naziri İne Eriksen Söreyde ilə görüşüb
Görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və təşkilatlarda namizədliklərin dəstəklənməsi məsələsini müzakirə ediliblər.
Görüş zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi ediblər.