news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 fevral 2019

No:028/19, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

H.Hololey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Daha sonra H.Hololey Avropa İttifaqı və Azərbaycan arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələrini yüksək qiymətləndirdi.

Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri və logistika imkanlarını, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərini müzakirə etdilər.

Tərəflər, həmçinin nəqliyyatın bütün sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apardılar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti