No:026/24, Xarici İşlər Nazirliyinin rəhbər heyətinin Şəhidlər Xiyabanını ziyarətinə dair mətbuat məlumatı 

20 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbər heyəti 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

 

Ziyarət zamanı Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin hörmətlə yad edilib, onların məzarlarına tər çiçəklər düzülüb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti