news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 fevral 2019

No:025/19, Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya baş nazirinin müavini, xarici işlər naziri ilə görüşdü

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının Baş nazirinin müavini, Xarici və Avropa işləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşdü.

Görüşdə Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd etdilər.

Tərəflər bir sıra sahələrində ikitərəfli əməkdaşlığın daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti