No:023/20, Xarici işlər naziri Elmar Məmmədyarov MDB müşahidə missiyasının rəhbəri və MDB İcraçı katibinin birinci müavini Viktor Aleksandroviç Quminskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Viktor Aleksandroviç Quminski Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edilməsi barədə məlumat verərək 252 nəfərdən ibarət MDB müşahidə missiyasının bütün Azərbaycan ərazisi boyunca seçkiləri müşahidə edəcəyini diqqətə çatdırdı. O, seçki məntəqələrinin tam şəkildə seçkilərə hazır olduğunu, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd etdi.

Elmar Məmmədyarov öz növbəsində, ümumiyyətlə ölkədə seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirdi.

Görüş zamanı, həmçinin MDB ölkələri daxilində ticari-iqtisadi, siyasi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti