No:020/25, Xarici İşlər Nazirliyində inzibati vəzifənin tutulması üzrə ümumi müsahibə elanına dair mətbuat məlumatı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi inzibati vəzifənin tutulması üzrə ümumi müsahibə elan edir.
Vakant inzibati vəzifə Xarici İşlər Nazirliyinin Əmlakların idarə olunması və informasiya təhlükəsizliyi idarəsində İnformasiya mübadiləsinin təminatı şöbəsinin baş məsləhətçisi vəzifəsidir.
21 fevral 2025-ci il, saat 18:00 sənədlərin qəbulu üçün müəyyən edilmiş son tarixdir.
Vakansiya ilə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.