No:020/19, Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya işgüzar səfərə yola düşüb
Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.