news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 fevral 2018

No:020/18, 5-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransı Bakıda keçiriləcəkdir

5-6 aprel 2018-ci il tarixində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcəkdir. Nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçiriləcəkdir.

Konfransda Qoşulmama hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.

Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.

2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcəkdir. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama hərəkatına sədrlik edəcəkdir.

Qoşulmama hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək aralıq nazirlər toplantısı ilə əlaqədar www.nambaku.org ünvanda xüsusi internet saytı yaradılıb.

Yerli və xarici media nümayəndələrinin onlayn akkreditasiyası saytın qeydiyyat (Registration/For Media) bölməsi vasitəsilə aparılır. Tədbirdə iştirak etmək niyyətində olan media nümayəndələrinin 12 mart 2018-ci il tarixinədək onlayn qaydada akkreditasiyadan keçmələri xahiş olunur.
 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti