news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 fevral 2020

No:018/20, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistan Respublikasının Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə görüşüb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistan Respublikasının Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər. İki ölkə arasında ticarət mübadiləsinin artırılmasına ehtiyac duyulduğunu qeyd edən Nazirlər, Hökumətlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsinin bu xüsusda mühüm rolunu bildirdilər.

Nazirlər qarşılıqlı səfərlərin, o cümlədən yüksək səviyyəli səfərlərin əməkdaşlığın daha da inkişafına önəmli təkan verdiyini vurğuladılar.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edildi.

Nazir Elmar Məmmədyarov beynəlxalq platformalarda Özbəkistan tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş olunan prinsipial mövqeyə görə həmkarına təşəkkürünü bildirdi.

Görüş zamanı tərəflər, habelə Türk Şurasının əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti