No:017/24, Nazir Ceyhun Bayramovun Tanzaniya xarici işlər və Şərqi Afrika əməkdaşlığı naziri ilə görüşünə dair mətbuat məlumatı
19 yanvar 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tanzaniya Birləşmiş Respublikasının xarici işlər və Şərqi Afrika əməkdaşlığı naziri Yanvar Makamba ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Tanzaniya arasında turizm, təhsil, humanitar, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkələr arasında çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlıq gündəliyindən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan və Tanzaniya tərəfindən Qoşulmama Hərəkatı və BMT kimi çoxtərəfli platformalarda irəli sürülən namizədliklərə və layihələrə göstərilən qarşılıqlı dəstək səviyyəsindən məmnunluq ifadə edib. Bu məzmunda ölkələr arasında keçirilən işçi təmasların vacib rolu vurgulanıb.
Görüş zamanı, iki ölkə arasında siyasi məsləhətləşmələrin intensivləşməsinin, ikitərəfli qanunvericilik bazasının genişlənməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı Azərbaycan və Tanzaniya arasında əməkdaşlıq gündəliyində duran digər məsələlər müzakirə edilib.