No:015/18, Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”-nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb
Görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıldı və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulandı.
Nazir Elmar Məmmədyarov Azərbaycanın MDB, Avropa Şurası və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığını qeyd etdi.
Duarte Paçeko təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. O, Azərbaycanla Parlamentlərarası İttifaq arasında əlaqələrin möhkəmlənməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.