No:014/25, Xarici İşlər Nazirliyinin rəhbər heyətinin 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanına ziyarətinə dair mətbuat məlumatı

20 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.

 

Ziyarət zamanı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilib, onların məzarları üzərinə gül dəstələri düzülüb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti