news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 yanvar 2019

No:010/19, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviya xarici işlər naziri Edqars Rinkeviçs iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib

Nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Edqars Rinkeviçsi təbrik etmiş, dost Latviya xalqına sülh, sabitlik və əmin-amanlıq arzulamışdır. Məktubda Elmar Məmmədyarov Azərbaycan-Latviya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd etmiş, hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirmişdir.

Latviya xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanın Latviya üçün mühüm tərəfdaş olduğunu vurğulamışdır. O, ötən 25 il ərzində siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində konkret nəticələr  görməkdən böyük məmnunluq duyduğunu və iki ölkə arasında əməkdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd etmişdir.

Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti