news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 yanvar 2019

No:001/19, Fransa Xarici İşlər Nazirliyi ve ATƏT-in media azadlığı üzrə nümayəndəsi H.Dezirin M.Hüseynov məsələsinə münasibət bildirməsinə dair AR XİN Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayevanın şərhi

Sual: Məlum olduğu kimi, bu günlərdə Fransa Xarici İşlər Nazirliyi bloqer Mehman Hüseynov ilə bağlı ona ünvanlanan sualı cavablandırıb və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir isə məsələ ilə bağlı AR Xarici İşlər Nazirinə məktub ünvanlayıb. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

Cavab: Bilirsiniz, gülməlidir ki, Fransa tərəfi hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirir. Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanmışdır. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar. Ümumiyyətlə Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər. Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, A.Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti