news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 aprel 2017

No: 83/17, Azərbaycan və Niderland xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikası və Niderland Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu xüsusda, ölkəmizdə bir sıra Niderland şirkətlərinin səmərəli fəaliyyətini qeyd edib.

Nazir Azərbaycanın Niderland ilə siyasi dialoqun, təhsil və humanitar sahədə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Niderland Kralığının xarici işlər naziri Bert Koenders Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Niderlanda səfəri, sabiq xarici işlər naziri Frans Timmermansın 2014-cii ildə və hazırki iqtisadi işlər naziri Henk Kampın 2016-cı ildə Azərbaycana səfərlərinin buna bariz nümunə olduğunu bildirib.

Bert Koenders Niderland və Azərbaycanın Avropa Şurası, ATƏT, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, bir sıra beynəlxalq platformalar çərçivəsində müxtəlif sahələr üzrə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir Niderlandın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı istiqamətində olan səyləri dəstəklədiyini qeyd edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti