news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 mart 2017

No: 69/17, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri Franko Frattinini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Respublikasının sabiq xarici işlər naziri Franko Frattini qəbul edib.

Görüşdə 2017-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xatırlanaraq, bu illər ərzində iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrində yüksək səviyyəli münasibətlər qurulduğu qeyd olundu.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilərək, bu xüsusda TAP layihəsinin regional əhəmiyyətinə toxunuldu.

Həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari durumu və perspektivlər barəsində fikir mübadiləsi aparıldı.

Sonda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə dair müzakirələr aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti