news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 mart 2017

No: 59/17, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federal Məclisinin Federasiya Şurası Sədrinin müavini İlyas Umaxanov ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisinin Federasiya Şurası Sədrinin müavini İlyas Maqamed Salamoviç Umaxanov ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində ikitərəfli əlaqələrin səviyyəsindən və əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi. 

Nazir Elmar Məmmədyarov ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi qeyd etdi və bu xüsusda qanunverici orqanların fəaliyyətini təqdir etdi.

İlyas Maqamed Salamoviç Umaxanov təmsil etdiyi qurum adından Elmar Məmmədyarova Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə “Federasiya Şurası. 20 il” medalını təqdim etdi.

Nazir Elmar Məmmədyarov medala görə Federasiya Şurasına təşəkkürünü bildirdi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti