news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 fevral 2017

No: 47/17, Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusuf Azərbaycana rəsmi səfər edəcək

24-26 fevral 2017-ci il tarixində Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusuf Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində Mahmud Əli Yusufun 24 fevralda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 24 fevral tarixində saat 12:15-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti