No: 39/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
Görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu diqqətə çatdırdılar.
Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və Fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi apardılar.
Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar olan məsələlər müzakirə olundu. Nazir Elmar Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbycanın narahatlığı və mövqeyni bir daha həmsöhbətlərin nəzərinə çatdırdı.