news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 noyabr 2017

No: 341/17, 30 noyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək

30 noyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Mətbuat konfransında yalnız 30 noyabr – 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransında iştirak etmək üçün qeydiyyatdan keçmiş media nümayəndələri iştirak edə bilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti