No: 27/17, Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər edəcək
12-14 fevral 2017-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində Edqars Rinkeviçsin 13 fevralda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 13 fevral tarixində saat 16:45-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.