news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 sentyabr 2017

No: 265/17, Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçika və Malayziyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın Xarici İşlər Naziri Didye Reynders və Malayziyanın Xarici İşlər Naziri Dato' Sri Anifah Aman ilə ikitərəfli görüşlər keçirdi.

Keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu məmnunluq ifadə edildi. Ölkələrimiz arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulandı.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti