No: 17/17, Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni Azərbaycana rəsmi səfər edəcək
30-31 yanvar 2017-ci il tarixində Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təninin 31 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 31 yanvar tarixində saat 10:40-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.