news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 yanvar 2017

No: 16/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparıldı, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulandı.

Nazir Elmar Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir etdi və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə etdi.

Baş direktor Kristian Danielson Avropa İttifaqının Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirdi.

Tərəflərin nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olundu.

Görüşdə həmçinin Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti