news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 may 2017

No: 138/17, Nazir Elmar Məmmədyarov Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlaynı qəbul edib

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin ABŞ-ın yəhudi icması ilə əlaqələrə dair fikir mübadiləsi aparıldı. 

Malkolm Honlayn Azərbaycana öncəki səfərlərini xatırlayaraq, ölkəmizin ildən-ilə müxtəlif sahələrdə inkişafının təqdirəlayiq hal olduğunu bildirdi. O həmçinin tarixən yəhudi icmasının Azərbaycanda sülh şəraitində yaşadığını və cəmiyyətə inteqrasiya etdiyini bildirdi və bu istiqamətdə Azərbaycan hökuməti tərəfidən görülmüş işlərə görə təşəkkürünü ifadə etdi.

Nazir E.Məmmədyarov mövcud çağırışlar fonunda Azərbaycanda müxtəlif konfesiyaların nümayəndələrinin sülh şəraitində birgə yaşayışının nümunəvi xarakter daşıdığını deyərək, Azərbaycan hökuməti tərəfindən mədəniyyət və dinlərarası dialoqun təşviq edilməsinə xüsusi diqqət yetirildiyini vurğuladı.

Görüşdə həmçinin beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti