news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 may 2017

No: 131/17, Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında Daimi nümayəndələrini qəbul edib

Görüşdə Azərbaycanla UNESCO arasında qurulmuş uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi və təşkilin ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyi qeyd edildi. UNESCO ilə ölkəmiz arasında əlaqələrin inkişafında ölkəmizin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rolu yüksək qiymətləndirildi.

UNESCO-nun səfirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forumdakı məzmunlu çıxışını və sələndirdiyi fikirlərini təqdir etdilər.

Nazir Elmar Məmmədyarov Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə namizədliyinə toxunaraq seçildiyi təqdirdə, onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti