No: 127/17, Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib.
Görüşdə Azərbaycanla FAO arasında qurulmuş əməkdaşlıq təqdir edildi və təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və onların nəticələri müzakirə edildi.
Görüşdə, həmçinin, Bakı prosesinin əhəmiyyəti qeyd olundu və bu vacib platformanın davamı kimi keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparıldı.
Tərəflər dünyada sülh və stabilliyə nail olmaq üçün dialoqun əhəmiyyətini və beynəlxalq təşkilatların rolunu xüsusi vurğuladılar.