No: 126/17, Xarici işlər naziri Elmar Məmmədyarov Keniyanın idman, mədəniyyət və incəsənət naziri Həsən Vario Arero ilə görüşüb
Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək Azərbaycan və Keniya arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirdi.
Həsən Vario Arero paytaxt Bakının gözəlliyi və Azərbaycanın inkişafına valeh olduğunu dedi. 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğunu və müasir dünya üçün aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadığını bildirdi.
Elmar Məmmədyarov həmsöhbətinə Azərbaycanın iqtisadi inkişafı, gənclər və idman siyasəti haqqında məlumat verdi.
Tərəflər enerji, turizm, idman, kənd-təsərrüfat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi apardılar.