news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 yanvar 2015

Nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə görüşdü

Nazir Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə görüşdü.

Görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğuladılar. 

2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndirdilər.

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğuladılar.

Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti