Nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb
Nazir Elmar Məmmədyarov 23 yanvar 2015-cü il tarixində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş əsnasında Nazir Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə 27 yanvar 2015-ci il tarixində Krakov şəhərində görüşməsi barəsində razılıq əldə olunub.